Ucnoqta.az
www.ucnoqta.az

<b>Elmar Məmmədyarov franslı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək</b>

15:49 - 16 Noyabr 2016 tarixində dərc olunub.

Xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikasına işgüzar səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər əsnasında nazir Elmar Məmmədyarov 17 noyabr 2016-cı il tarixində Fransa Respublikasının xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyrol ilə görüşəcək.

Görüşdə Azərbaycan və Fransa arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti müzakirə olunacaq.

Müəllif: Ucnoqta.az