Ucnoqta.az
www.ucnoqta.az

<b>15 yaşlı qız epilepsiya tutmasından öldü<font color=red> - Salyan xəstəxanasında</font></b>

11:07 - 15 Noyabr 2016 tarixində dərc olunub.

Salyan rayonunda 15 yaşlı qız epilepsiya tutmasından ölüb. "Report"un Aran bürosunun məlumatına görə, rayonun Ərəbqardaşbəyli kənd sakini 2001-ci il təvəllüdlü Zərxanım Alıqulu qızı Novruzova epilepsiya tutması diaqnozu ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az