Ucnoqta.az
www.ucnoqta.az

<b>Yük avtomobili yeniyetmənin üstündən keçərək onu öldürdü<font color=red> - Bakıda</font></b>

11:05 - 15 Noyabr 2016 tarixində dərc olunub.

Bakıda yolu keçmək istəyən 14 yaşlı oğlanı yük avtomobili vurub.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, "Shacman" markalı avtomobil 2002-ci il təvvəllüdlü Səid Eyvazovu vuraraq üstündən keçib. S.Eyvazov "Təcili yardım" maşını ilə xəstəxanaya aparılarkən ölüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az