Ucnoqta.az
www.ucnoqta.az

<b>3 yaşlı uşağı maşın vurdu<font color=red> - Lənkəranda</font></b>

14:29 - 14 Noyabr 2016 tarixində dərc olunub.

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qamışovka kəndi ərazisində qeydə alınıb.
Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan minik avtomobili yolu keçmək istəyən piyada, 2013-cü il təvəllüdlü Elmar Nazim oğlu Əmənovu vurub. Xəsarət almış azyaşlı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Zəruri tibbi yardımdan sonra onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az