Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 33 yaşlı kişi bıçaqlanıb

12:10 - 14 Noyabr 2016 tarixində dərc olunub.

Bakı şəhəri, Sabunçu rayonunda yerləşən daş karxanasında işçilər arasında dava düşüb."Report"un xəbərinə görə, Maştağa qəsəbəsi ərazisində yerləşən daş karxanasında qeydə alınan hadisə zamanı bir nəfər bıçaqlanıb.
Belə ki, 1995-ci il təvvəllüdlü Ramal Səfərov xüliqanlıq zəmnində iş yoldaşı 1983-cü il təvvəllüdlü Mədət Sadıqova bir neçə bıçaq zərbəsi vurub. Ağır xəsarət alan M.Sadıqov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyəti ağırdır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində (PB) araşdırma aparılır.

Müəllif: Ucnoqta.az