Ucnoqta.az
www.ucnoqta.az

Emin Donald Trampla olan videosunu paylaşıb- <font color=red><b>VİDEO</b></font>

11:51 - 11 Noyabr 2016 tarixində dərc olunub.

Müğənni Emin Ağalarov ABŞ-ın yeni prezidenti Donald Trampla olan videosunu paylaşıb. Baku.ws-in məlumatına görə, Eminin Instagram hesabında yerləşdirdiyi videoda Trampın 2 il əvvəlki təbriki yer alıb. Bu təbriki xatırladan müğənni ABŞ prezidentini son uğurlarına görə təbrik edib: 
"Siz bütün dünyaya yanıldıqlarını isbat etdiniz. Bu, sadəcə, inanılmazdır! Təbrik edirəm cənab Tramp! Mən bilirdim ki, siz bunu edə bilərsiniz. İndi sizin vaxtınızdır ki, dünyanı yaxşıya doğru dəyişəsiniz".

 

Müəllif: Ucnoqta.az