Ucnoqta.az
www.ucnoqta.az

Gələn həftə başlayacaq payız tətili günlərinin sayı artacaqmı? - <font color=red><b>Rəsmi açıqlama</b></font>

11:06 - 11 Noyabr 2016 tarixində dərc olunub.

Azərbaycanın orta məktəblərində gələn həftə bu ilki tədris ilinin ilk tətili olacaq. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun Trend-ə verdiyi məlumata görə, şagirdlər üçün payız tətili 5 gün - 16-20 noyabr tarixlərində olacaq. Lakin tətil günlərinin ikisinin – 19 və 20 noyabrın həftənin şənbə və bazar günlərinə təsadüf etməsi tətil günlərinin sayının artmasına səbəb olmayacaq.
C.Valehov bildirib ki, şagirdlər noyabrın 21-də dərslərdə iştirak etməlidirlər.

Müəllif: Ucnoqta.az