Ucnoqta.az
www.ucnoqta.az

<b>Taksi piyadanı vuraraq öldürdü<font color=red> - Sumqayıtda</font></b>

11:33 - 8 Noyabr 2016 tarixində dərc olunub.

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Bakı şəhər sakini Elnur Abdullayev idarə etdiyi “London Taxi” markalı avtomobillə yolu keçən Ceyranbatan qəsəbə sakini Hüseynxan Şahsuvarovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Müəllif: Ucnoqta.az