Ucnoqta.az
www.ucnoqta.az

<b>8 yaşlı oğlanı avtomobil vurdu<font color=red> - Samuxda</font></b>

15:05 - 7 Noyabr 2016 tarixində dərc olunub.

Samuxda 8 yaşlı oğlanı maşın vurub. Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. Kənd sakini, 2008-ci il təvəllüdlü Nicat Kərimov yolu keçmək istəyərkən “QAZel” markalı avtomobillə vurulub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az