Ucnoqta.az
www.ucnoqta.az

<font color=blue><b>Mixeil Saakaşvili vəzifəsindən istefa verdi</b></font>

14:59 - 7 Noyabr 2016 tarixində dərc olunub.

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili istefa verdiyini açıqlayıb. “Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə qərarını noyabrın 7-də bəyan edib. “Mən istefa verərək, mübarizənin yeni mərhələsini aparmağa başlayıram”, - deyə, o istefa ilə bağlı açıqlamasında vurğulayıb. Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti M.Saakaşvili 2015-ci il mayın 30-da Odessa vilayətinə qubernator təyin edilib.

Müəllif: Ucnoqta.az