Ucnoqta.az
www.ucnoqta.az

<b>Dişlərinizi sarıköklə ağardın<font color=red> – SADƏ ÜSUL</font></b>

11:46 - 7 Noyabr 2016 tarixində dərc olunub.

Sarıkökü (zərdəçalı) daha çox yeməklərdə ədviyyat kimi istifadə edirik. Amma bu ədviyyatın başqa istifadə qaydası da var. Demə, sarıköklə dişləri ağartmaq da olarmış. Aile.lent.az-ın məlumatına görə, sarıkök uzun müddət Yaxın Şərqdə təbii diş ağardıcısı olaraq istifadə olunub. Antibakterial, təbii diş ağardıcısı axtarırsınızsa, sarıkökdən yararlanın.

1 çay qaşığı sarıkök tozu

1 çay qaşığı hindqozu yağı (apteklərdən ala bilərsiniz)

Bunları yaxşıca qarışdırıb səhər, günorta və axşam dişlərinizi mütəmadi olaraq fırçalayın. Gündən-günə dişlərinizin rənginin açıldığını görəcəksiniz.

Müəllif: Ucnoqta.az