Ucnoqta.az
www.ucnoqta.az

<b>Daşqınlar 10 nəfərin ölümünə səbəb oldu<font color=red> - Haitidə</font></b>

11:31 - 7 Noyabr 2016 tarixində dərc olunub.

Son iki sutka ərzində Haitidə baş verən daşqınlar nəticəsində 10 nəfər ölüb. Reuters agentliyinin yaydığı xəbərə görə, bu barədə Haiti daxili işlər nazirliyinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, 7 nəfər adanın şimalında yerləşən Kap-Etyen şəhəri, daha 3 nəfər isə ölkənin digər departamentlərində təbii fəlakətin qurbanı olub. Ölənlərin arasında uşaqların da olduğu bildirilir. Daşqınlar aramsız yağan yağışlar nəticəsində baş verib.
Qeyd edək ki, ötən ay Haitidə 1000-dək insan “Metyu” qasırğasının qurbanı olub.

Müəllif: Ucnoqta.az