Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Bakıda 26 yaşlı qadın ərini qətlə yetirib</b></font>

11:01 - 7 Noyabr 2016 tarixində dərc olunub.

Bakıda qadın ərini qətlə yetirib. Sabunçu Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, Ramana qəsəbə sakini 1990-cı il təvəllüdlü Gülnar Mirzəyeva əri 1984-cü il təvəllüdlü Şəmsi Babayevi bıçaqlayaraq öldürüb.
Hadisə məişət münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az