Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Ermənilər cəbhə bölgəsində çobanları atəşə tutub</b></font>

15:28 - 4 Noyabr 2016 tarixində dərc olunub.

Erməni silahlı birləşmələri cəbhədə təxribat törətməkdə davam edir. APA-nın verdiyi məlumata görə, ermənilər son günlər Goranboyun Tapqaraqoyunlu kəndini mütəmadi atəşə tutur. Atəşə məruz qalanlar isə əsasən mülki obyektlərdir. Belə ki, işğalçıların mal-qara otaran çobanları atəşə tutması nəticəsində kənd sakini Behbud Aslanova məxsus 1 baş iribuynuzlu heyvan tələf olub.

Müəllif: Ucnoqta.az