Ucnoqta.az
www.ucnoqta.az

Maliyyə Bazarlarına Nəzarət Palatasından banklara <font color=red><b>XƏBƏRDARLIQ</b></font>

11:55 - 4 Noyabr 2016 tarixində dərc olunub.

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bu yaxınlarda kommersiya banklarına xəbərdarlıq məktubu göndərib. "APA-Economics" xəbər verir ki, bunu MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib."Biz bəyan etmişik ki, hər hansı bank indiki həssas zamanda valyuta mübadiləsi əməliyyatlarının aparılması zamanı qanunvericiliyin tələbini pozarsa, tənzimləyici olaraq ən ciddi tədbirləri görəcəyik", - deyə R. Aslanlı bildirib.
R. Aslanlı vətəndaşlardan üzləşdiyi qanunsuzluqlarla, pozuntularla bağlı Palataya müraciət etməyini xahiş edib.

Müəllif: Ucnoqta.az