Ucnoqta.az
www.ucnoqta.az

<b>Minik avtomobili yük qatarı ilə toqquşdu:<font color=red> 1 ölü</font></b>

10:29 - 3 Noyabr 2016 tarixində dərc olunub.

Sumqayıtda ağır yol qəzası baş verib. Ucnoqta.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 34–cü km-də, Sumqayıt şəhəri ərazisində “VAZ” markalı minik avtomobilin yük qatarı ilə toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Sumqayıt Reqional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1976-ci il təvəllüdlü Qocayev Abuzər Rizvan oğlunun meyitini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. 
Əməliyyat saat 01:07-də başa çatıb.

Müəllif: Ucnoqta.az