Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanlı idmançı 5-ci dəfə Dünya çempionu oldu

15:56 - 1 Noyabr 2016 tarixində dərc olunub.

Prince Baku adıyla tanınan Şərifov Kamil kiqboksinq üzrə 5-ci dəfə dünya çempionu olub.Yarış İtaliyanın Karara şəhərində keçirilib. 4 döyüş keçirilib və 2 döyüşdə xal hesabı ilə digər 2 doyüşdə isə nakautla qələbə çalıb.
Finalda Ukraynalı rəqib Denis Rıbçenko ilə rinqə çıxan Kamil Şərifov elə ilk raundda nakautla rəqibə qalib gələrək 5-ci dəfə Dünya Çempionu olub.

Müəllif: Ucnoqta.az