Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Bakının daha iki polis bölməsində rəis təyinatları olub</b></font>

15:24 - 31 Oktyabr 2016 tarixində dərc olunub.

Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub. “Report” xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsinin (PB) rəisi, polis polkovnik-leytenantı Faiq Bədəlov vəzifəsindən azad edilərək Yasamal RPİ-də 26-cı PB-nin rəisi təyin edilib.

Binəqədi 6-cı PB-nin rəis müavini, polis mayoru Ramil Cəbiyev isə vəzifəsindən azad edilərək Binəqədi RPİ-də 40-cı PB-nin rəisi təyin olunub.
Qeyd edək ki, Yasamal RPİ 26-cı PB-nin əvvəlki rəisi polis mayoru Murad Hüseynov Xəzər RPİ 1-ci PB-nin rəisi vəzifəsində çalışır.
Xatırladaq ki, bundan əvvəl polis polkovnik-leytenantı Elmir Hüseynov Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə rəis təyin edilib.

Müəllif: Ucnoqta.az