Ucnoqta.az
www.ucnoqta.az

Kürdəmirdə poliklinikada yanğın: <font color=red><b>22 xəstə təxliyə edildi</b></font>

14:59 - 31 Oktyabr 2016 tarixində dərc olunub.

Kürdəmirdə poliklinikada yanğın hadisəsi baş verib. FHN-in saytında verilmiş məlumata görə, Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 2940 m2 olan ikimərtəbəli poliklinika binasının zirzəmisində elektrik kabeli 4 p.m yanıb. Yanğın zamanı poliklinikanın 1-ci mərtbəsindən yanğınsöndürənlər tərəfindən 22 nəfər (onlardan 9 nəfər uşaq, 13 nəfər xəstə ) tüstülənmiş ərazidən təxliyə olunub. Poliklinika binası yanğından mühafizə olunub.

Müəllif: Ucnoqta.az