Ucnoqta.az
www.ucnoqta.az

<b>Yük təyyarəsi radarlardan itib</b>

14:37 - 31 Oktyabr 2016 tarixində dərc olunub.

İndoneziyada “Trigana Air” şirkətinə məxsus təyyarə radarlardan itib. Oxu.az xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyinin rəsmi nümayəndəsi Bambanq Ervan bildirib. 

De Havilland Canada DHC-4 Caribou hərbi-nəqliyyat təyyarəsi Yeni Qvineyanın Timika şəhərindən Papua əyalətinin İlaqa şəhəri istiqamətində havaya qalxıb. 
Nazirliyin məlumatına görə, təyyarə yerli vaxtla saat 08:22 (Bakı vaxtı ilə saat 05:22) eniş etməli idi, amma bir dəqiqə sonra radarlardan itib. 
Hazırda itən təyyarənin axtarışları aparılır. Nəşrin məlumatına görə, göyərtədə dörd heyət üzvü olub.

Müəllif: Ucnoqta.az