Ucnoqta.az
www.ucnoqta.az

<b>Türkmənistan prezidenti Moskvada Vladimir Putinlə görüşəcək</b>

14:28 - 31 Oktyabr 2016 tarixində dərc olunub.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə noyabrın 1-də Moskvaya işgüzar səfər edəcək. "Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb. İnformasiyaya görə, danışıqlar zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Müəllif: Ucnoqta.az