Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=blue>Polis bölmələrindən birinə yeni rəis təyin edildi</font><font color=red> - Bakıda</font></b>

11:46 - 31 Oktyabr 2016 tarixində dərc olunub.

Daxili işlər orqanlarında yeni təyinat olub. “Report” xəbər verir ki, polis polkovnik-leytenantı Elmir Hüseynov Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Bölməsinə rəis təyin edilib.

E.Hüseynov bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsində çalışıb.
Xatırladaq ki, bir neçə ay əvvəl 25-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Rafael Albabayev vəzifəsindən azad edilərək 23-cü Polis Bölməsinə rəis təyin edilmişdi.

Müəllif: Ucnoqta.az