Ucnoqta.az
www.ucnoqta.az

<b>Azərbaycan idman mərc oyunlarından əldə olunan uduşları vergidən azad edir</b>

17:10 - 28 Oktyabr 2016 tarixində dərc olunub.

Azərbaycanın Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq təsdiqlənib. Vergi Məcəlləsində dəyişiklik idman mərc oyunlarından əldə olunan uduşların vergidən azad olunmasını nəzərdə tutur. Qeyd edək ki, hazırda idman mərc oyunlarından əldə edilən uduşdan 10% dərəcəsi ilə vergi tutulur.  

Müəllif: Ucnoqta.az