Ucnoqta.az
www.ucnoqta.az

<b>Rusiyada 5 bal gücündə zəlzələ baş verib</b>

11:04 - 28 Oktyabr 2016 tarixində dərc olunub.

Oxot dənizində, Saxalin vilayətində 5 bal gücündə zəlzələ olub. "Report" xəbər verir ki, bu barədə "İnterfax" agentliyi Rusiyanın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar İturup adasından 85 kilometr cənub-qərdbdə, 120 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ yaşayış məntəqələrində hiss edilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Müəllif: Ucnoqta.az