Ucnoqta.az
www.ucnoqta.az

<b>ABŞ-da zəlzələ baş verib</b>

11:02 - 28 Oktyabr 2016 tarixində dərc olunub.

ABŞ-da zəlzələ baş verib. "İnterfax" xəbər verir ki, 5,7 ballıq yeraltı təkanlar Berinq dənizində, Alyaska ştatının Aleut adasında qeydə alınıb.

Geofizika Xiodmətinin Altay-Sayan filialının məlumatına görə, zəlzələnin episentri adanın şərqindəki Fols-Pass qəsəbəsinin 60 kilometr şimal-qərbində yerləşib.

Zəlzələ güclü qiymətləndirilir.

Dağıntı və tələfat barəsində məlumat verilmir.

Müəllif: Ucnoqta.az