Ucnoqta.az
www.ucnoqta.az

Bakıda oğurluq edən 2 azyaşlı saxlanılıb

13:30 - 27 Oktyabr 2016 tarixində dərc olunub.

Bakıda oğurluq edən azyaşlılar saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Bakı şəhər sakini Ariz Məmmədova məxsus kafedən 168 manat pul oğurlamaqda şübhəli bilinən Ağdaş rayonundan olan iki azyaşlı saxlanılıb.

Müəllif: Ucnoqta.az