Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>"Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsi tərəfləri ilə kontaktda olması çox vacibdir"</b></font>

12:43 - 27 Oktyabr 2016 tarixində dərc olunub.

Aİ-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Qarabağ münaqişəsindən danışdı

 Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi mütəmadi olaraq Azərbaycan və Ermənistana səfərlər edir.APA-nın məlumatına görə, bu barədə Aİ-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləmək xüsusi nümayəndənin mandatına daxildir: "Avropa İttifaqı ilə tərəflərlə kontaktda olmaq çox vacibdir. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini və Minsk qrupunun vasitəçilik missiyasını güclü şəkildə dəstəkləyirik".

Müəllif: Ucnoqta.az