Ucnoqta.az
www.ucnoqta.az

Balakəndə iki avtomobil toqquşub: 3 nəfər xəsarət alıb

12:48 - 26 Oktyabr 2016 tarixində dərc olunub.

 Balakən rayonunda ağır yol qəzası baş verib. Belə ki, oktyabrın 25-də saat 12 radələrində Balakən şəhərində rayon sakinləri Nurhuda Balayevin və Kamal Zohorovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. DİN-nin saytında verilmiş xəbərə görə, nəticədə hər iki sürücü və K. Zohorovun 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Balakən RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Ucnoqta.az