Ucnoqta.az
www.ucnoqta.az

<b>Türkiyədə 58 əyalətin təhlükəsizlik idarəsinin rəisi dəyişdirilib</b>

10:07 - 26 Oktyabr 2016 tarixində dərc olunub.

Türkiyədə 59 əyalətin təhlükəsizlik idarələrinin rəisləri dəyişdirilib.

"Haber 7" xəbər verir ki, onlardan 34-nə Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsində vəzifə verilib, vəzifədən azad olunan idarə rəislərindən 24-nün və 2 bölgə rəisinin iş yeri dəyişdirilib.

Məlumata görə, 37 nəfər ilk dəfə idarə rəisi, 31 nəfər isə ilk dəfə bölgə rəisi təyin edilib.

Qeyd edək ki, Türkiyədə 81 əyalət var.  

Müəllif: Ucnoqta.az