Ucnoqta.az
www.ucnoqta.az

<b>ABŞ səfirinin iqamətgahına fişəng atılıb<font color=red> - Moskvada</font></b>

09:59 - 26 Oktyabr 2016 tarixində dərc olunub.

Rusiya polisi ABŞ səfirinin Moskvadakı iqamətgahına Amerika qoşunlarının Avropa ərazisindən çıxarılması tələbinin yazıldığı vərəq və fişəng atan üç gənci saxlayıb. "Report" xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən TASS məlumat yayıb. "Moskvanın mərkəzində icazəsiz aksiya keçirdiyinə görə üç gənc insan saxlanılıb", - deyə agentliyin həmsöhbəti bildirib.

Müəllif: Ucnoqta.az