Ucnoqta.az
www.ucnoqta.az

<b>Yuxulayan sürücü qəza törədib, <font color=red>ata və oğlu xəsarət alıb</font></b>

11:06 - 25 Oktyabr 2016 tarixində dərc olunub.

Bakıda yük avtomobili ilə minik maşını toqquşub, xəsarət alanlar var. "Report" xəbər verir ki, hadisə Xəzər rayonunun Qala qəsəbəsində qeydə alınıb. Burada 1965-ci il təvəllüdlü Ağayev Azər Şirməmməd oğlunun idarəetməsində olan "Peugeot" markalı avtomobillə "Shacman" markalı yük maşını toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü A.Ağayev və onun yanında sərnişin qismində əyləşən oğlu 19 yaşlı Ağayev Əfqan ağır bədən xəsarətləri alıb.

Xəsarət alan hər iki şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. A.Ağayevin vəziyyəti nisbətən ağırdır.
Qəzaya səbəb kimi "Shacman" markalı yük avtomobilinin sürücüsünün yuxulaması göstərilir.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində (RPİ) araşdırmalara başlanılıb. 

Müəllif: Ucnoqta.az