Ucnoqta.az
www.ucnoqta.az

<b>Baş vermiş atışmada 18 silahlı öldürülüb<font color=red> - Hindistanda </font></b>

10:59 - 25 Oktyabr 2016 tarixində dərc olunub.

Hindistanın şərqi Odişa ştatında polislə silahlı qruplaşma üzvləri arasında baş vermiş atışmada 18 cinayətkar öldürülüb. Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, atışma Malkanqri rayonunda – Odişa-Bxubaneşvar ştatının mərkəzindən 650 kilometr cənub-qərbdə baş verib. "Bu gün Andxra-Pradeş və Odişinin birləşmiş xüsusi polis dəstələri azı 18 naksaliti məhv ediblər" – deyə polis məmuru bildirib.

Onun sözlərinə görə, atışma birgə komandanın meşə ərazisində axtarış əməliyyatı apararkən, gecə saatlarında baş verib. Əməliyyat zamanı həmçinin 2 polis əməkdaşı da yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, naksalitlər Hindistanda silahlı kommunistlərin, maosistlərin qeyri-rəsmi adıdır.

Müəllif: Ucnoqta.az