Ucnoqta.az
www.ucnoqta.az

<b>BMT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir</b>

18:00 - 24 Oktyabr 2016 tarixində dərc olunub.

BMT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Trend-in məlumatına görə, bunu BMT-nin Bakıdakı Rezident Əlaqələndiricisi Qulam M.İshaqzai jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, BMT münaqişənin nizamlanmasında ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir və ümid edir ki, münaqişə sülh yolu ilə həll olunacaq.

Müəllif: Ucnoqta.az