Ucnoqta.az
www.ucnoqta.az

<b>Ağır yol qəzası: <font color=red>8 ölü, 20 yaralı</font></b>

12:35 - 24 Oktyabr 2016 tarixində dərc olunub.

Mərakeşdə ağır yol qəzası baş verib. Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Kasablanka şəhəri yaxınlığında qeydə alınıb.

Bərrəşid şəhərinə yollanan nəqliyyat vasitəsinin aşması nəticəsində azı 8 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Mərakeş nəqliyyat nazirliyinin hesablamalarına görə, bu il müxtəlif  yol-nəqliyyat hadisələri nəticəsində 4 minədək insan həyatını itirib.

Müəllif: Ucnoqta.az