Ucnoqta.az
www.ucnoqta.az

<b>Yük maşını hərbi avtomobilə çırpıldı, <font color=red>1 ölü, 2 yaralı</font></b>

12:32 - 24 Oktyabr 2016 tarixində dərc olunub.

Türkiyənin Malatya vilayətində ağır yol qəzası baş verib. Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Doğanşehir  rayonunda yük maşınının jandarm qüvvələrinə məxsus avtomobilə çırpılması nəticəsində 2 əsgər yaralanıb. Təcili yardımla yerli xəstəxanaya çatdırılan əsgərlərdən birinin həyatını xilas etmək mümkün olmayıb. Digər yaralı Malatya Dövlət Xəstəxanasına çatdırılıb, onun həyatına təhlükə olmadığı bildirilir.

Müəllif: Ucnoqta.az