Ucnoqta.az
www.ucnoqta.az

<b>Siyəzəndə maşın maneəyə çırpılıb,<font color=red> 1 ölü, 1 yaralı</font></b>

12:29 - 24 Oktyabr 2016 tarixində dərc olunub.

Bu gün səhər saatlarında Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Apa-a xəbər verir ki, hadisə Bakı-Quba yolunun 110-cu kilometrliyində qeydə alınıb. "Daewoo" markalı maşın yolun kənarında maneəyə çırpılıb. Qəza nəticəsində maşında olan sərnişin - 1965-ci il təvəllüdlü Ağayeva Sevil Ağa qızı dünyasını dəyişib. Onun qızı 17 yaşlı Fatimə isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az