Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb</b></font>

16:51 - 21 Oktyabr 2016 tarixində dərc olunub.

Bakının Heydər Əliyev prospektinin Ələsgər Qayıbov küçəsi ilə kəsişməsinin yaxınlığında (Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) inzibati binasının qarşısında) yolun 1 hərəkət zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib. 

Məlumata görə, yolun bağlanması ərazidə aparılan təmir işləri ilə əlaqədardır.

Müəllif: Ucnoqta.az