Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Qusarın mərkəzi bazarında yanğın başlayıb</b></font>

17:37 - 18 Oktyabr 2016 tarixində dərc olunub.

Qusar rayonunun mərkəzi bazarında yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Qusar Yanğından Mühafizə Xidmətindən "Report"un Şimal bürosuna bildirilib ki, hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib: "Yanğın hazırda davam edir. Yanğının söndürülməsi və genişlənməsinin qarşısını almaqdan ötrü tədbirlər görülür".

Müəllif: Ucnoqta.az