Ucnoqta.az
www.ucnoqta.az

<b>Naməlum avtomobil 56 yaşlı kişini vuraraq qaçıb<font color=red> - Bakıda</font></b>

11:45 - 18 Oktyabr 2016 tarixində dərc olunub.

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb.

Mayak qəsəbəsi ərazisində 1960-cı il təvəllüdlü Niyaz Əhməd oğlu Ələkbərovu maşın vurub. Hadisəni törədən sürücü hadisə yerini tərk edib.
Yaralını yoldan keçən avtomobillərdən birinin sürücüsü 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb.
Hadisə barədə Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib. Piyadanı vuran avtomobilin saxlanılması istiqamətində tədbirlər görülür. 

Müəllif: Ucnoqta.az