Ucnoqta.az
www.ucnoqta.az

Bakıda mənzildən oğurluq olub

12:07 - 16 Oktyabr 2016 tarixində dərc olunub.

Bakıda evdən külli miqdarda pul və qızıl oğurlanıb. Lent.az-ın məlumatına görə, Mirzə Fətəli Axundov küçəsində yaşayan 1965-ci il təvəllüdlü Hümbətov Yusif Zülfüqar oğlu polisə müraciət edərək bildirib ki, mənzilindən 24 min dollar və 15 min dollar dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
O bildirib ki, səhərdən axşamadək mənzildə kimsənin olmadığı vaxt mənzilin mətbəxinin pəncərəsi sındırılıb və yataq otağındakı dolabda saxlanılan pul və qızıllar aparılır.
Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Müəllif: Ucnoqta.az