Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda silah alveri ilə məşğul olan şəxslər tutulub

12:26 - 13 Oktyabr 2016 tarixində dərc olunub.

 Bərdədə silah satan şəxslər tutulub.Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Tərtər rayon sakini, 43 yaşlı Şikar Məmmədov 1 ədəd “AK” markalı silahı güllələri ilə birgə satarkən saxlanılıb.Araşdırmalar zamanı onun silahı Laçın rayon sakini Tacir İsgəndərovdan aldığı müəyyənləşib. T. İsgəndərov da tutulub.
Faktla bağlı araşdırma aparılır. 

Müəllif: Ucnoqta.az