Ucnoqta.az
www.ucnoqta.az

<b>Sürücü ana və üç uşağını vurub<font color=red> – FOTO</font></b>

11:17 - 12 Oktyabr 2016 tarixində dərc olunub.

Ötən gün Rusiyanın Omsk şəhərində azərbaycanlı sürücü ana və üç uşağını dayanacaqda avtomobillə vurub. Ucnoqta.az apa-ya istinadən verdiyi məlumata görə, qəza nəticəsində 6 yaşlı uşaq ölüb, 34 yaşlı qadın və onun 1 və 3 yaşlarında iki övladı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Sürücü hadisə yerindən qaçıb.  Hadisədən az sonra qəzanın törədildiyi “Nissan-Tiida” markalı avtomobil yaşayış binalarından birinin qarşısında aşkar edilib. Qəzanı törədən sürücünün 53 yaşlı azərbaycanlı Qorçuyev Ələddin İsrail oğlu olduğu məlum olub. O bu gün səhər saatlarında saxlanılıb.

Müəllif: Ucnoqta.az