Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda qardaş bacısını qətlə yetirib

11:08 - 12 Oktyabr 2016 tarixində dərc olunub.

Sumqayıt şəhər sakini bacısını qətlə yetirib.Bu barədə “Report”a şəhər prokurorluğundan məlumat verilib.Məlumata görə, şəhərin “Saray bağları” ərazisində yaşayan 1992-ci il təvəllüdlü Şahbazov Pərviz İsmayıl oğlu bacısı 22 yaşlı Zümrüd Soltanovanı bıçaqla qətlə yetirib.Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Müəllif: Ucnoqta.az