Ucnoqta.az
www.ucnoqta.az

Vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin sayı 942-yə çatıb

17:15 - 10 Oktyabr 2016 tarixində dərc olunub.

 Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib. "Report" xəbər verir ki, Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 5 nəfər artaraq 569-a çatıb. Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə 2 nəfər artıb və hazırda 373 fiziki şəxsin ölkədən çıxışına qadağa var.
Ümumilikdə, sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 935-dən 942-ə çatıb.

Müəllif: Ucnoqta.az