Ucnoqta.az
www.ucnoqta.az

<font color=green><b>“Azərbaycanda mövcud hava şəraiti bir neçə gün davam edəcək”</b></font>

11:05 - 10 Oktyabr 2016 tarixində dərc olunub.

“Hazırda müşahidə olunan hava şəraiti bu günlər üçün bir qədər gözlənilməzdir”.

Bunu Ucnoqta.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib.
İqlimşünas bildirib ki, hazırda havanın temperaturu normadan yüksəkdir: “Respublika ərazisində belə hava şəraitinin üç-dörd gün də davam edəcəyi gözlənilir. Havanın temperaturu bir qədər də arta bilər. Çünki bir həftəyə yaxındır cənub istiqamətli hava kütlələri əraziyə daxil olub və dayanıqlığını qoruyur. Dünən güclü şimal-qərb küləyi əsdi, amma hava kütlələrinin dəyişməsinə təsir edə bilmədi”.
O bildirib ki, havanın ciddi temperatur fərqi ilə soyuması gözlənilmir.
Mütəxəssis qeyd edib ki, belə havanın nə insan səhhəti üçün, nə də kənd təsərrüfatı üçün ziyanı yoxdur: “Hazırda payızlıq kənd təsərrüfatı bitkilərinin əkin dövrüdür. Belə mövcud hava şəraiti kənd təsərrüfatı üçün, xüsusən pambıq yığımı üçün çox əlverişlidir”.

Müəllif: Ucnoqta.az