Ucnoqta.az
www.ucnoqta.az

<b>Helikopter qəzaya uğrayıb,<font color=red> ölənlər var</font></b>

11:46 - 7 Oktyabr 2016 tarixində dərc olunub.

ABŞ-ın Minnesota ştatının Layno-Leyks şəhəri ərazisində helikopterin qəzaya uğraması nəticəsində bir neçə nəfər ölüb. Avtosfer.az ABC televiziyasına istinadən xəbər verir ki, polis helikopterin gölə düşdüyünü bildirib.

Yerli polis rəisi helikopterin yanmış qalıqlarının aşkar edildiyini də vurğulayıb.

Şahidlər partlayış səsi eşitdiklərini və yanan bir kürənin yerə endiyini gördüklərini söyləyiblər.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Müəllif: Ucnoqta.az