Ucnoqta.az
www.ucnoqta.az

<b>İki sərnişin avtobusu toqquşdu:<font color=red> 47 yaralı</font></b>

11:33 - 7 Oktyabr 2016 tarixində dərc olunub.

Ekvadorda iki sərnişin avtobusunun toqquşması nəticəsində 47 nəfər xəsarət alıb. Avtofer.az life-yə istinadən xəbər verir ki, yerli polis hadisənin səhər saatlarında, El-Oro vilayətində baş verdiyini deyib. Məlumata görə, qəza zamanı 1 nəfər həlak olub. Ölən şəxsin avtobuslardan birinin sürücüsü olduğu bildirilir. Avtobuslardan birinin salonunda sıxılıb qalmış 4 sərnişini xilas etmək üçün xüsusi avadanlıqlardan istifadə olunub. Bütün yaralılara tibbi yardım göstərilib.

Müəllif: Ucnoqta.az