Ucnoqta.az
www.ucnoqta.az

<b>Prezident İlham Əliyev Estoniyanın yeni seçilmiş prezidentini təbrik edib</b>

19:22 - 6 Oktyabr 2016 tarixində dərc olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Estoniya Respublikasının yeni seçilmiş Prezidenti xanım Kersti Kalyulayda təbrik məktubu göndərib.

Azərbaycanın dövlət başçısının təbrik məktubunda deyilir:

"Hörmətli xanım Kalyulayd,

Estoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Estoniya əlaqələrinin genişlənməsi, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Estoniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm."

Müəllif: Ucnoqta.az