Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Bakıda 17 yaşlı oğlan atasını qətlə yetirdi</b></font>

16:06 - 6 Oktyabr 2016 tarixində dərc olunub.

Bakıda qətl törədilib. Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Binə qəsəbəsi, Südçülük Sovxozunda qeydə alınıb. Orada yaşayan, 17 yaşlı Kənan Qulu oğlu Qasımov atası, 41 yaşlı Qulu Qasımovu bıçaqlayaraq qətlə yetirib.Hadisəni törədən K. Qasımovu dayısı polisə təslim edib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Müəllif: Ucnoqta.az