Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda intihara cəhd

15:02 - 6 Oktyabr 2016 tarixində dərc olunub.

Sumqayıt şəhərində intihar hadisəsinin qarşısı alınıb.Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb. Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 13:00-da başa çatıb.

Müəllif: Ucnoqta.az